Kateqoriyasız

“Dinamo”nun baş məşqçisi: “Komandamızın növbəti mərhələyə adlaya bilməməsini ağlıma da gətirmirəm”

“Bizi çox vacib oyun gözləyir. Fürsətdən istifadə edib Gürcüstanın avrokuboklardakı bütün təmsilçilərinə uğurlar arzulayıram. Bu oyuna daha yaxşı hazırlaşa bilərdik. Amma təəssüf ki, hələ çatışmazlıqlarımız var. Təəssüf ki, ilk oyunda zədəli Otar Kakabadze və Devid Volkov komandamıza kömək edə bilməyəcək. Qalan futbolçularımızın hamısı sıradadırlar”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Gürcüstanın “Dinamo” (Tiflis) klubunun baş məşqçisi Georgi Gequçadze Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “Qəbələ”yə qarşı keçiriləcək oyun öncəsi deyib.

Təcrübəli mütəxəssis mərhələ adlaya biləcəklərini bildirib:

“Dinamo”nun hədəfi növbəti mərhələyə adlamaqdan ibarətdir. Rəqibin çatışmazlıqlarından danışmaq istəmirəm. “Qəbələ” güclü komandadır. Güclü futbolçulara malikdir. Yeni futbolçularla gücləniblər. Amma istənilən klubun çatışmazlıqları olur. Biz də bu cür çatışmazlıqları aşkarlayıb, yararlanmağa çalışacağıq.

Komandamızın növbəti mərhələyə adlaya bilməməsini ağlıma da gətirmirəm. Uğursuzluq gözləmirəm. Hücum futbolu sərgiləmək istəyirik”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43