Kateqoriyasız

“Dinamo”nun futbolçusu: “Arxayınlaşmaq olmaz”

“Oyun çox ağır keçdi. “Qəbələ” çox yaxşı komandadır. Rəqibin heyətində güclü futbolçular var”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Dinamo”nun futbolçusu Aleksandr İaşvili deyib.

Tblisi klubunun üzvü Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ”yə qalib gəldikləri oyundan (2:1) sonra açıqlama verərkən daha sonra cavab matçının çətin keçəcəyini bildirib: 

“İnter”də çıxış edəndə bu komandaya qarşı oynamışam. “Qəbələ” indi çox güclənib. Qələbə qazanmağımıza baxmayaraq, arxayınlaşa bilmərik. Cavab oyunu da çətin alınacaq. Səfərdə müdafiədə olunub, qol buraxmamaq haqda düşünsək, uduzacağıq. Bu səbəbdən arxada müdafiədə bilmərik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43