Kateqoriyasız

“Dinamo”nun futbolçusu “Qəbələ”də (FOTO)

2016/17-ci illər mövsümünün hazırlıqlarına start verən “Qəbələ” heyətinə yeni futbolçu qatıb.

İdmanxeber.com klubun rəsmi saytına istinadən xəbər verir ki, ardıcıl 3-cü dəfə Avropa Liqasında çıxış edəcək “qırmızı-qaralar” heyətini xorvatiyalı Filip Ozobiçlə gücləndirib. 25 yaşlı mərkəz yarımmüdafiəçisi ilə 2 illik müqavilə imzalanıb.

2006-2011-ci illərdə Xorvatiyanın U-16, U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında çıxış edən Ozobiç “Mladost” (Zdralovı) klubunun yetirməsidi. Xorvatiyada “Dinamo” (Zaqreb), “Zadar”, Rusiyada isə “Spartak”ın (Moskva) yeniyetmə və gənclərdən ibarət komandalarının şərəfini qoruyan yarımmüdafiəçi peşəkar karyerasına da vətənindən kənarda başlayıb. 2008-2013-cü illərdə “Spartak”ın futbolçusu olan xorvatiyalı icarə əsasında Split “Hayduk”unda (2012-2013) da çıxış edib. 2013-cü ildə “Slaven”ə keçən Filip son üç mövsümü də Xorvatiya klubunun şərəfini qoruyub. Bu komandanın heyətində 89 oyuna çıxan yarımmüdafiəçi 15 qol vurub.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43