Müsahibə

Diniyev “facebook”dakı qalmaqallı fotolarından danışdı: “Halal zəhmətimlə qazandığım pullardı, cəriməmi isə polisə ödəmişəm” – MÜSAHİBƏ

“İnter”lə yenicə 2 illik müqavilə bağlayan Coşqun Diniyev idmanxeber.com-a müsahibəsində klubun geridə qoyduğumuz mövsümdəki çıxışını, sosial şəbəkələrdə yayımladığı qalmaqallı fotolara və digər məsələlərə toxunub.

– Geridə qalan mövsümü “İnter” üçün necə dəyərləndirərdin?

– Bu mövsüm həqiqətən təqdirəlayiq bir sonluq göstərdik. İlk 6-7 tur sonuncu yerdə olmağımıza baxmayaraq mövsümü ikici pillədə bitirmək demək olar ki, çempionluq kim bir şey oldu. Bəlkə də yeni gələn oyunçular daha tez adabtasiya olsaydılar, son turlar “Qarabağ”la çempionluq yarışında başa-baş mübarizə aparacağdıq.

– Sxadadze sənə mövsümün son bir neçə turunda oynamaq şansı yaratdı. Hansı ki, lazımsız, “İnter” üçün əhəmiyyət kəsb etməyən oyunlarda forma şansı verildi. Bununla bağlı nə deyərdin?

Məşqçinin qərarıdı və hörmətlə yanaşmaq lazımdı. Hər halda o, hər şeyin ən yaxşısını bilir. Birinci dövrə məşqçinin istədiyi formada olmadığım üçün haqlı olaraq şans vermirdi. Bizim heyətdə istedadlı, gənc futbolçular çoxdu və “İnter”də bu yer uğurunda mübarizə aparan oyunçu yetəri saydadı. Qış fasiləsində üzərimdə çox çalışdım və fasilədən sonra məşqçi mənə şans verdi. 6-7 oyunda meydana çıxdım. Lazım olmayan oyunlar deyəndə ki, “Qarbağ”, “Neftçi”, “Bakı” kimi rəqiblərə qarşı forma geyindim.  Mən bunları önəmsiz saymazdım. Düzdü çempionluq şansı sona iki tur qalmış bitdi. Ancaq 2-3-cü yerlər uğurunda mübarizə hələ də gedirdi.

– Gələk indi də, sənin sosial şəbəkələrdəki qalmaqallı fotolarına. Pul, radara düşdüyün cərimə kağızın fotosu və digərləri… İstərdim bu məsələlərə aydınlıq gətirəsən.

Hə, o xəbərlə tanış oldum. Bir insan kimi mənə pis təsir etdi ki, haqqımda pis, mənası sözlər yazılmışdı. Ancaq mən bir futbolçu kimi orada pis bir iş görməmişəm ki… Halal zəhmətimlə qazandığım pullardı və orada çox da pul yox idi ki, nəyisə reklam edim. Digər şəkillər isə evimlə bağlıdı. Qardaşımın maşınında çəkmişəm. Onu götürüb “qardaşı niyə futbolda möhkəmlənə bilmədi, tənbəldi” – yazmaqları insanlığa sığmır. Çünki insan o fotolarda artıq niyyət axtarmaz, tapmaz. “Qəlyana gedirəm” – yazısı isə mənə məxsus deyil. Mənim instiqram hesabım dostum da var. O istədiyi vaxt girib ora şəkillər qoyur. Elə o vatda bu sözləri o yazıb. Yenə deyirəm, mənim üryim rahatdı, çünki olmayan şeyi yazıblar.

– Etiraf et ki, bu sənə aid fotolardı və bir səhvdi etmisən… İstər radara düşməyinlə bağlı kağız, istər əlində tutduğun pullar, istərsə də “qəlyana gedirəm” deməyin. 

Radar kağızı? İstəsən sənə o kağızı göstərə bilərəm. Sürət həddi 60 olan yerdən 82-i ilə keçmişəm və cəzalandırıblar. Bu böyük qəbahət deyil. Hər kəs tələsəndə sürət həddini biraz da olsa aşır. Məndə də belə oldu və cəriməni polisə ödəmişəm. 

– Şahin Diniyev sənə bununla bağlı hansı iradlarını bildirib?

Atamla hələ söhbətim olmayıb. Çünki istirahətdəyəm.  Qayıdanda söhbətimiz olacaq. Amma yenə deyirəm, o şəkillərdə pis hç nə yoxdu. Qəlyan sözünü dostum yazıb, pullar isə mənim halal qazancımdı. Yəqin bunu yazan jurnalistin xəbəri olmayıb yazmağa insanları qaralamağı məşğuliyyət seçib özünə.

– Klub rəsmiləri və ya baş məşqçi bununla bağlı sənə hər hansı bir irad bildirbmi?

Yox, istirahətdəyəm, qayıdanda hamısı ilə söhbət edəcəm.

Səxavət QURBANOV


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43