16 Sentyabr 2024
Dünya futbolu

Diniyev oynadı, komandası qələbə qazana bilmədi

Azərbaycan millisinin futbolçusu Coşqun Diniyevin şərəfini qoruduğu  “Ümraniyespor” Türkiyə I Liqasında növbəti matçına çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, komanda 16-cı turda “Erzurum BB” ilə qarşılaşıb. Görüş heç-heçə yekunlaşıb – 1:1.

Coşqun bu oyunda start heyətdə meydana çıxıb və 87-ci dəqiqədə əvəzlənib. Futbolçumuz oyunda sarı vərəqə almağla yadda qalıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43