Ölkə futbolu

Diniyev sərt üzünü göstərdi: ya oyna, ya get! – ÖZƏL

Müqaviləylə "Bakı"ya məxsus olan, icarə əsasında "Rəvan"da çıxış edən Rəşad Abdullayev qışda bu komandadan ayrıla bilər.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, paytaxt klubunun baş məşqçisi Şahin Diniyev təcrübəli futbolçunun çıxışından narazıdı. Belə ki, Rəşad geridə qalan 13 tur ərzində zəif çıxışı ilə yadda qalıb. 

Əgər Rəşad qarşıdakı turlarda da bu cür çıxış edəcəyi halda onunla yollar ayrılacaq.

Qeyd edək ki, Rəşad Abdullayev "Xəzər Lənkəran", "Neftçi", "Qəbələ" və "Bakı" kimi iddialı klubların şərəfini qoruyub. O, sonuncu klubdan "Rəvan"a icarəyə verilib. Səbəb isə əvvəlki formasından çox uzaq olmasıdı. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43