İdman

Diniyev tibbi müayinədən keçdi

Premyer Liqasının 27-ci  turunda AZAL-a qarşı matçda zədələnən “Kəpəz”in futbolçusu Kərim Diniyev tibbi müayinədən keçib.

İdmanxeber.com-un məlumatına görə, onun sağ ayağında ikinci dərəcəli əzələ gərilməsi qeydə alınıb.

Dünən hazırlıqda iştirak edə bilməyən K.Diniyev bu gün fərdi halda məşqlərə başlayıb. O, həkim nəzarəti altında çalışır. Diniyevin sonuncu turda meydana çıxacağı sual altındadır.

Qeyd edək ki, “Kəpəz” son turda Bakı “İnter”ini qəbul edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43