Ölkə futbolu Premyer Liqa

Diniyev üçün son 2 həftə: Premyer Liqa klubu əcnəbi baş məşqçi gətirir!

“Səbail” yeni baş məşqçi axtarışına çıxıb.

İdmanxeber.az-a daxil olan məlumata görə, başa çatmaqda olan 2023/2024 mövsümündə avrokubok şansını itirən, hazırda 7-ci pillədə qərarlaşan və 6-cı olmaq şansı cüzi olan Bayıl təmsilçisinin rəhbərliyi Şahin Diniyevin işindən narazıdı. Bu baxımdan da yaxın 10 gün ərzində onunla yollar ayrılacaq.

“Səbail” rəhbərliyi Diniyevi göndərdikdən sonra komandanı əcnəbi baş məqçiyə həvalə etmək istəyir. Paytaxt klubu postsovet respublikalarının birindən komandaya baş məşqçi gətirməyi planlaşdırır. Bu yöndə danışıqların davam etdiyi, adı hələlik bilinməyən bir mütəxəssislə şifahi razılığın əldə olunduğu bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43