İdman

Dino Ndlovu: “Qarabağ” məqsədinə çatdı”

Bu gün səhər saatlarında Bakıya qayıdan “Qarabağ”ın  hücumçusu, Danimarkada komandamızın yeganə qolunu vuran Dino Ndlovu jurnalistlərə açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, forvard ölkə çempionatının da oyunlarına da önəm verdiklərini bildirib: “Nə deyə bilərəm? “Qarabağ” məqsədinə çatdı, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Hamı kimi, mən də sevincliyəm. Bu görüşü unudub, növbəti matç barədə düşünməliyik. Təbii ki, imza atdığımız uğur azarkeşlərimiz üçün də böyük önəm kəsb edir. Püşkatma haqda danışmaq istəmirəm. Rəqiblərimiz bilinəndən sonra fikir yürütmək olar. Məni bu dəqiqə püşkatma yox, “Qəbələ” ilə oyun maraqlandırır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43