İdman

Dino Ndlovu “Qarabağ”dan ayrıla bilər

“Qarabağ”ın Cənubi Afrikalı forvardı Dino Ndlovu komandanı tərk edə bilər.

İdmanxeber.com-un məlumatına görə, hücumçu ilə Çinin “Hançjou Qrintaun” klubu maraqlanır. Xarici mətbuatda çıxan xəbərlərə əsasən, Asiya təmsilçisi bunun üçün “Qarabağ”a təklif də göndərib.

Xəbərdə D.Ndlovuya və kluba yaxın olan  adı açıqlanmayan mənbənin goal.com-a məlumatı təsdiqlədiyi yazılıb: “İki klub arasında danışıqlar davam edir. Dinonun özü də Çində oynamaq istəyir”.
Cənubi Afrika Respublikası mətbuatı isə “Qarabağ”ın Dinonun satışından  1 milyon avro gəlir əldə etmək istədiyini yazıb. Ancaq qarşı tərəfin 750 min avroluq təklif etdiyi bildirilib.
Xatırladaq ki, bundan əvvəl Rumıniyanın ÇFR klubunun D.Ndlovu ilə maraqlandığı iddia edilib.

Əlavə edək ki,  “Hançjou Qrintaun” Çinin birinci liqasında çıxış edir. Komanda hazırda 36 xalla 9-cu pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43