Premyer Liqa

Dino Ndlovu və Əfran İsmayılov “Sumqayıt”a qarşı oynayacaq?

Sabah Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində “Qarabağ” səfərdə “Sumqayıt”ın qonağı olacaq.

İdmaxneber.com-un klubdan aldığı məlumata görə, “İnter”lə görüşdə zədə səbəbindən iştirak etməyən Dino Ndlovu hazırda məşqlərə başlayıb. Onun “Sumqayıt”a qarşı oynayıb-oynamayacağı isə sabah bəlli olacaq. Bundan əlavə, şəxsi problemləri səbəbi ilə İstanbula gedən Əfran İsmayılovun da oynaması sual altındadır.

“İnter”lə oyundan sonra ağrıları olan Ağabala Ramazanov da məşqləri davam etdirir. Onun “Sumqayıt”a qarşı oynayacağı gözlənilir. Zədəli digər futbolçu Maksim Medvedevin durumu ilə bağlı isə məlumat yoxdur.

Qeyd edək ki, sabah keçiriləcək “Sumqayıt” – “Qarabağ” matçı saat 16:00-da “Kapital Bank Arena”da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43