Ölkə futbolu

Dino Topmüller: “Rəqibimiz 2 ildir ki, eyni heyətlə çıxış edir”

“Qarabağ”la aramızda fərq odur ki, biz cəmi 3 həftədir bir yerdəyik. Rəqibimiz isə artıq iki ildir ki, eyni heyətlə çıxış edir”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Lüksemburqun “Düdelanj” klubunun baş məşqçisi Dino Topmöller deyib.

 

Almaniyalı mütəxəssis “Qarabağ”la oyunu haqda fikirlərini açıqlayıb: “Səfərdə keçirdiyimiz ilk oyunun ikinci hissəsində meydanda yaxşı komanda gördük. Bunun nəticəsində futbolçularımdan razıyam. Ümid edirəm ki, bu dəfə daha yaxşı oyun nümayiş etdirəcəyik. Hücum xəttində ciddi dəyişiklik etmək fikrim yoxdur. Ola bilsin ki,1 və ya  2 dəyişikliyin  etdim. Qələbəmizə inanmalıyıq. Buna görə də ən yaxşı oyunumuzu sərgiləməliyik. Matçın əvvəlində yaxşı oynamalıyıq. Erkən qol işimizə yaraya bilər. Bunun üçün taktiki cəhətdən rəqibi aldatmağa çalışmalıyıq”.

 

Qeyd edək ki, “Düdelanj” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43