Ölkə futbolu Premyer Liqa

Derbidə qalib müəyyənləşmədi – Yenilənib

Bu gün Topaz Premyer Liqasında 15-ci tura yekun vurulacaq.

İdmanxeber.az-ın məlumatına görə, günün ilk matçı Qəbələdə oynanıb. Burada yerli “Qəbələ” klubu “Sumqayıt”ı qonaq edib. Ev sahibi komanda matçdan 1:0 hesablı qələbə ilə ayrılıb.

Günün digər matçı isə çempionluğa iddialı iki komanda – “Qarabağ” və “Neftçi” arasında keçirilib. “Tofiq Bəhrəmaov”da oynanan matç 1:1 hesablı bərabərliklə sona çatıb.

XV tur

3  fevral (bazar)

14:00. “Qəbələ” – “Sumqayıt”  1:0 

Qol: S.Monroz, 83
Hakimlər
: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Kamal Umudlu
Qəbələ şəhər stadionu

18:30. “Qarabağ” – “Neftçi”  1:1

Qırmızı: Anton Krivotsyuk, 70 (“Neftçi”), Qara Qarayev 90 (“Qarabağ”)

Qol: D.Kinatana, 7, Mamadu Mbodj, 30
Hakimlər:
 Rəvan Həmzəzadə, Knyaz Əmiraslanov, Vüqar Bayramov, Səbuhi Bayramov
Tofiq Bəhramov adına Respublika Stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43