28 Oktyabr 2020
l Divizion

Divizion klubları cəzalandı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Aparılan müzakirələrdən sonra I Divizionun 15-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

“Zaqatala” – “Qarabağ-2” oyununda “Qarabağ”ın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 65-ci dəqiqəsində “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki maddədən istifadə edildiyinə görə komanda 80 manat cərimə olunub.

“Zirə-2” – “Sabah-2” oyununun ikinci hissəsi “Zirə” komandası paltardəyişmə otağını gec tərk etdiyinə görə 5 dəqiqə gecikdiyi üçün klub 80 manat cərimə olunub. “Sabah” komandası elektron protokolu vaxtında təqdim etmədiyi üçün klub 80 manat cərimə olunub. Oyunda azərkeşlər üçün tibbi xidmət təşkil edilmədiyi üçün “Zirə” 80 manat cərimə olunub.

“Qaradağ Lökbatan” – “Turan Tovuz” oyununda “Qaradağ Lökbatan”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. “Turan Tovuz”un 15 nömrəli futbolçusu Əzəmət Ələkbərli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

“Neftçi-2” – “Sumqayıt-2” oyununun 79-cu dəqiqəsində “Sumqayıt”ın 35 nömrəli futbolçusu Eldost Qiyasbəyli rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Meydan sahibinin təqdim etməli olduğu 2 ədəd elektron əvəzetmə tablosu oyun vaxtı işləmədiyinə, həmçinin diktor olmadığına görə “Neftçi” ümumilikdə 80 manat cərimə olunub.

“Kəpəz” – “Keşlə-2” oyununda “Kəpəz”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunda xərək daşıyanların yaşı 18-dən aşağı olduğu üçün “Kəpəz” 80 manat cərimə olunub. “Kəpəz” komandası elektron protokolu vaxtında təqdim etmədiyi üçün klub 80 manat cərimə olunub. Top daşıyan şəxslərin sayı əsasnamədə qeyd olunandan az olduğu üçün “Kəpəz” 80 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Turan Tovuz”a sponsor tapıldı

admin

PFL oyunların vaxtını açıqladı

admin

“Şərurspor” “Rəvan”ı belə məğlub etdi – VİDEO

admin