Ölkə futbolu

Dmitri Bezotosnının gözlədiyi 62 dəqiqə

Topaz Premyer Liqasının V turu “Qəbələ”nin mövsümdəki ardıcıl 4-cü “quru” oyunu ilə əlamətdar olub.

İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə ,bir oyunu təxirə salınan “qırmızı-qaralar” arxada qalan turlarda qol buraxmayan yeganə komandadır. Əyalət klubunun ukraynalı qapıçısı Dmitri Bezotosnının bu uğurlu seriyası isə ötən mövsümün sonunda start götürüb. XXXIV turun mayın 11-də keçirilən “Qarabağ”la görüşündə 2 top buraxan qolkiper AZAL (2:0) və “Kəpəz”lə (1:0) matçlarda qapısını toxunulmaz saxlayıb. Cari mövsümdə isə “Kəpəz” (2:0), “İnter” (0:0) və “Neftçi”nin (8:0) ardından AZAL-la oyunu (3:0) da qol buraxmadan tərk edən Bezotosnı ardıcıl 6-cı dəfə qapısını “quru” saxlayıb. Onun qapısında gördüyü sonuncu qolu vuran Dani Kintananın 32-ci dəqiqədə fərqləndiyini nəzərə alsaq, qapıçı artıq 598 dəqiqədir qol buraxmır.

Dünyanın ən uzun “quru” seriyalarının siyahısına ən azı 660 dəqiqə qol buraxmayan qapıçılar düşdüyündən Dmitrini bu göstəricidən 62 dəqiqə ayırır. “Sumqayıt”la sentyabrın 22-dəki matçın ilk 62 dəqiqəsində qol buraxmasa, ukraynalı 2-ci dəfə həmin siyahıya düşəcək. Belə ki, qolkiper ötən ilin payızında 727 dəqiqəlik seriyayla şəxsi rekordunu müəyyənıəşdirmişdi. Onu şəxsi göstəricisindən 129 dəqiqə ayırır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43