İdman

Dmitri Nazarov: “Almaniyaya qarşı iki dəfə meydanda yer almaq…”

“Yaxşı nəticələr qazanmışıq. Azərbaycan millisinin seçmə mərhələdə 10 xal toplaması bir ilkdi. Bu səbəbdən “tərif yağış”ına tutulduq. Son dünya çempionu Almaniyaya qarşı iki dəfə meydanda yer almaq xoş hisslər oldu”.

İdmanxeber.com-un məlumatına görə, bu sözlər millimizin yarımmüdafiəçisi Dmitri Nazarova məxsusdu. “Bild”ə danışan “Aue” klubunun üzvü  ikinci bundesliqanın oyunları çərçivəsində qarşılaşacaqları “Qröyter Fürt” matçı haqda danışıb: “Məşqlərə ara 1 günlük ara verdim. Qarşıdakı matçda tam hazır olacağımı düşünürəm.  Rəqib hücum futbolu sərgiləyir və təhlükəlidir. Baş məşqçi dəyişikliyindən sonra çox şey etmək istəyirlər. Döyüş xarakterli oyun olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43