Müsahibə

Dmitri Nazarov: “Ayın 28-də qələbə bizim olacaq” (MÜSAHİBƏ)

Milli komandamızın yarımmüdafiəçisi Dmitri Nazarov İdmanxeber.com-a müsahibə verib

– Hazırlıq necə gedir

Şəxsən mənim üçün hazırlıq həftənin birinci günü başlayıb. Komanda çox yaxşıdı. Hiss olunur ki, uşaqlar hamısı istəklidi. Şəxsən mən indiyə kimi Azərbaycan millisi ilə qələbə qazanmamışam. Əlimdən gələni edəcəm. Biz belə davam etsək, ayın 28-də qələbə bizim olacaq.

– Malta haqda hansı məlumatın var?

Dünən qısa olaraq rəqib haqda danışdıq. Şkembri ilə Almaniyada Frankfurtda ikinci liqada birlikdə oynamışıq. Ancaq mənə maraqlı deyil, onlar hansı heyətlə oynayacaq. Əsas odu ki, biz öz oyunumuzu oynayaq və azarkeşləri sevindirək. Üç xal Bakıda qalmalıdı.

– Berti Foqtsun vaxtında milliyə çağrılmışdın. Düşünmürdün ki, Foqtsun kadrı olduğuna görə Prosineçki səni milliyə çağırmaz?
Mən də belə bir fikir və qorxu olmayıb. Hər zaman milliyə dəvət olunanda əlimdən gələni etmişəm, bacarığımı ortaya qoymuşam. Çalışmışam ki, klubdada bacarığımı göstərim. Prosineçki məni çağırıb milliyə, bu da o deməkdir ki, Azərbaycanda mənə inanırlar. Öz oyunumla mənə göstərilən inamı doğrutlmağa çalışacam.

– Robert Prosineçki haqda hansı məlumatın var idi?

Vaxtilə yaxşı futbolçu olub. Ancaq mənim dövrümdə oynamayıb. Həmin vaxtı uşaq idim. Mənimlə də eyni mövqedə oynayıb.

– Emil Balayev də “Ayntraxt”da çıxış edir. Onun əsas heyətə düşmək şanslarını necə görürsən?

Kevin Trapp kimi güclü qapıçı var. Onunla eyni komandada oynamışam, çox güclüdü. Emil balayevə də Almaniyada futzal matçında üz-üzə gəlmişəm. Yaxşı qapıçıdı. Emil üçün çətin olacaq əsas heyətə düşmək. Ancaq onun yaxşı potensialı var. Mən onunla eyni klubda oynamıram deyə, nəsə demək çətindi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Kapitan etiraf etdi: “Özümüzü çətinə saldıq, onlar bunun üçün gəlmişdilər” – MÜSAHİBƏ

admin

Cavid Tağıyev: “Anderlext”lə oyunda qələbə qazanmağa çalışacağıq” (MÜSAHİBƏ)

admin

Kamran Quliyev suala sualnan cavab verdi: “Niyə 5 dəqiqə əlavə olunur? ” (MÜSAHİBƏ)

admin