Dünya futbolu

Dmitri Nazarov: “Az oynadığıma görə qəzəblənirəm”

“Aue”nin formasını geyinən Dmitri Nazarov Almaniya mətbuatına açqılama verib.

Milli komandamızın yarımmüdafiəçisi Dmitri Nazarov ikinci bundesliqada “Holstein Kiel”ə qarşı keçirdikləri oyunun son dəqiqəsində qol vuraraq (2:1) komadasına qələbə qazandırıb. Matçın ardından açıqlama verən futbolçu  komandada daha çox oynamaq istədiyini bildirib:

“Qalib gəldiyimiz üçün çox şadam. Belə oyunlarda qələbə qazanmaq bizim üçün çox önəmlidir. Düşünürəm ki, daha çox oynasam formumda yaxşıya doğru dəyişikliklər olar. Təbiidir ki, az oynadağıma görə hərdən əsəbləşirəm. Qələbə qolunu vurmağın ayrı bir dadı olur. Ancaq əsas istədiyim odur ki, heyətdə biraz daha möhkəmlənib, komandama faydalı olum”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43