Kateqoriyasız

Dmitri Nazarov “Hamburq” üzərindəki darmadağına sevindi

Almaniya II Bundesliqasında 24-cü turun oyunları davam edir.

İdmanxeber.az-ın məlumatına görə, millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge” doğma meydanda “Hamburq”la qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib.

Nazarov bu oyunda start heyətdə meydana çıxıb və 77-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, 34 xalı olan Aue təmsilçisi 18 komanda arasında hazırda 7-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43