Kateqoriyasız

Dmitri Nazarov: “Məndən nəyisə soruşmaq istəsəniz, telefonum sizdə var”

Millimizin və Almaniyanın “Ersgebirge” klubunun futbolçusu Dmitri Nazarov ölkəsinin mətbuatına açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli futbolçu sosial şəbəkələrdən uzaq olduğunu etiraf edib:

“Vaxtımı mobil telefonumla əyləncəyə, nəsə payalşamağa və başqalarının nə iş gördüyünə baxmağa sərf etmirəm. Qurdalanmaq mənim işim deyil. Bu baxımdan, bir qədər köhnə məktəbdənəm və boş vaxtlarımda telefonumu bir neçə saatlıq kənara qoymağa üstünlük verirəm. Məndən nəyisə soruşmaq istəsəniz, telefonum sizdə var”.

Qeyd edək ki, Dmitri Nazarov 2014-cü ildən Azərbaycan millisinə dəvət alır. Təcrübəli forvard “Ersgebirge”də 2016-cı ildən çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43