Dünya futbolu

Dmitri Nazarov: “O, mənə meydanda azadlıq verib”

Millimizin və Almaniyanın “Aue” klubunun futbolçusu Dmitri Nazarov açıqlama verib.

27 yaşlı yarımmüdafiəçi yeni baş məşqçi – Domeniko Todeskonun gəlişi ilə əlavə güc qazandığını söyləyib:

“Todeskonun gəlişi mənə təkan verdi. Hazırda özümü yaxşı hiss edirəm və çox çalışıram. O, bizim oyun sistemimizi dəyişdi. Meydanda mənə azadlıq verib. Paskal Kopke ilə çox gözəl anlaşıram. Məşqçimiz bizə rəqibi yaxşı analiz edir və qalib gəlmək üçün bizi ruhlandırır. Domeniko tez-tez mənimlə söhbət edir. Məqsədimiz “Aue”ni 2-ci liqada saxlamaq idi. Bunu son turda rəsmiləşdirmək üçün çalışacağıq”.

Nazarov Azərbaycan – Almaniya (1:4) matçında sonra diqqətləri özünə çəkməyi bacarıb. Bu haqda danışan futbolçu bunları söyləyib:

“Valideynlərim mənimlə fəxr edirdi. Telefonum isə zənglərdən və gələn təbrik mesajlarından “partlayırdı”. Ailəm mənə hər zaman dəstək olur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43