Ölkə futbolu

Dmitri Nazarov sıralara qayıdır

Millimizin oyunçusu Dmitri Nazarov yenidən məşqlərə başlayıb

İdmanxeber.com-un məlumatına  görə, bir bir müddət əvvəl zədələnən yarımmüdafiəçi Almaniya II bundesliqa təmsilçisi “Erzgebirge”nin heyətində bu gün yoxlama oyununa da çıxıb. O, “Maqdeburq”la matçın 46-cı dəqiqəsində Paskal Köpkeni əvəzləyərək meydana daxil olub.

Qarşılaşma isə Nazarovun komadasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43