Dünya futbolu

Dmitri Nazarov: “Yaşadığın ölkənin qapısına qol vurmaq əla hissdi”

“Dünya çempionuna, yaşadığım ölkənin qapısına qol vurmaq əla hissdi”.  

İdmanxeber.com-un məlumatına görə, bu sözləri millimizin futbolçusu Dimitri Nazarov deyib. DÇ-2108-in seçmə mərhələsinin V turunda Almaniya millisini qəbul edən seçməmiz 1:4 hesabı ilə məğlub olub.

Matçdan sonra Almaniya mətbuatına açıqlama verən Nazarov fikirlərini bildirib. O, stadionda gözəl atmosfer olduğunu deyib: “Almaniya qrupumuzda qapısında qol görməyən yeganə komanda idi. Heç kim onlara qol vurmağı bacarmırdı. Stadion azarkeşlərlə tam dolmuşdu. Bu, azərbaycanlıların oyuna olan marağından xəbər verirdi. Hesabı bərbarləşdirdikdən sonra qapımızda növbəti qolu gördük və bu, bizi şoka saldı. Vəziyyəti öz xeyrimizə dəyişmək çox çətin idi”.

Nazarov bundan sonra bütün diqqətini “Aue”nin oyunlarına yönəldəcəyini vurğulayıb: “Bundan sonra Almaniyaya getməli və “Aue”dəki məşqlərimi bərpa etməliyəm. Fikrimcə, Almaniyaya qol vurduqdan sonra baş məşqçimizin qarşıdakı oyunlarda mənə güvəni daha da artacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43