Dünya futbolu

Dmitri Nazarovun qolu komandasına qələbə qazandırdı – VİDEO

Almaniya II Bundesliqasında XXIV turun oyunları davam edir.

İdmanxeber.com-un məlumatına görə, millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” də növbəti matçını keçirib.

“Bənövşəyilər” öz meydanında “Karlsrue” ilə qarşılaşıblar. Görüş meydan sahiblərinin minimalhesablı qələbəsi ilə yekunlaşıb.

Keçmiş komandasına qarşı görüşə start heyətində başlayan və sona qədər meydanda olan Nazarov matçdadkı yeganə qola imza atıb. O, 36-cı dəqiqədə penalti zərbəsi ilə fərqlənib.

Qeyd edək ki, “Aue” bu qələbədən sonra xallarının sayıını 22-ə çatdırıb və turnir cədvəlində 16-cı pilləyə yüksəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43