Kateqoriyasız

“Dnepr” – “Qarabağ” matçına azarkeşlər buraxılmayacaq

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Dnepr” klubunu UEFA tərəfindən cəzalandırılıb.

İdmanxeber.com-un məlumatına görə, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində keçirilən “Dnepr” – “Kopenhagen”  matçında ukraniyalı  azarkeşlərin xuliqanlıq etməsi  UEFA-nın “Dnepr” klubuna cəza verməsi ilə nəticələnib. Beləki, kluba 50 min avro pul və şərti olaraq iki il avrokuboklardan kənarlaşdırma cəzaları verilib. Belə xuliqanlıqlar təkrarlanacağı təqdirdə UEFA-nın qərarı qüvvəyə minəcək. “Dnepr” oktyabrın 23-də Avropa Liqasının qrup mərhələsinin növbəti oyununda “Qarabağ”la matçda azərkeşlərin dəstəyindən istifadə edə bilməyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43