06 Oktyabr 2024
Kateqoriyasız

“Dnepr”in baş məşqçisi: “Bakıdakı oyunun gərgin keçəcəyini düşünürəm”

Qarabağ” kifayət qədər yaxşı komandadır, onlar indi öz meydanlarında oynayacaqlar. Yəqin ki, onların məqsədi qələbə qazanmaq olacaq. Lakin bizim də gedəsi yerimiz yoxdur. Bu mənada oyunun gərgin keçəcəyini düşünürəm”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Dnepr”in baş məşqçisi Miron Markeviç Bakı səfəri öncəsi ukraynalı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Təcrübəli mütəxəssis komandanın liderlərindən Bakıdakı qarşılaşmada daha yaxşı oyun gözləyir:

“İlk öncə öz oyunumuzu nümayiş etdirməliyik. Təəssüf ki, Avropa Liqasında bizdən gözlənilən oyunu sərgiləyə bilmirik. Bu, əsasdır. Komandanın liderləri bacarıqlarını ortaya qoymalıdırlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43