Dünya futbolu

“Dnepr”in baş məşqçisi: “Bizim də qarşımızda növbəti mərhələyə yüksəlmək tapşırığı var”

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Dnepr” klubunun baş məşqçisi Miron Markeviç “İnter”lə oyundan öncə jurnalistlərin suallarını cavablandırıb.

İdmanxeber.com-un məlumatına görə, baş məşqçi bu fikirləri söyləyib:

“Əlbəttə, “İnter” ciddi və yaxşı futbolçulardan təşkil olunmuş komandadır. Əminəm ki, onlar bu mövsüm A Seriyasında çempionluq uğrunda mübarizə aparacaqlar. “İnter” qrupun favoritidir. Ancaq bizim də qarşımızda növbəti mərhələyə yüksəlmək tapşırığı var. Dekabr ayına qədər 6 oyunumuz olacaq. Qrupdan çıxmağa çalışacağıq. Oyunöncəsi hansı problemlərimiz var? Ruslan Rotan istənilən halda sabah “İnter”ə qarşı oynaya biləcək. Amma Yevgeni Seleznyov və Mateus zədəlidirlər. Onlar sabahkı matça hazır deyillər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43