Kateqoriyasız

“Dnepr”in baş məşqçisi: “Bizim itiriləcəyimiz bir şey yoxdur”

Avropa Liqasının qrup mərhələsində sabah “Qarabağ”la qarşılaşacaq “Dnepr” klubunun baş məşqçisi Miron Markeviç matç barədə danışıb.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli mütəxəssis bu fikirləri söyləyib:

“Bizim itiriləcəyimiz bir şey yoxdur. Avroliqada mübarizəmizi davam etdirmək istəyiriksə, sabah əlimizdən gələni etməliyik və hücum futbolu oynamalyıq.

Biz istəyirik ki, hər iki cəbhədə mübarizə aparaq. Təbii ki, “Dnepr” həmişə iddialı olub. Yaxşı olardı ki, həm Avroliqada, həm də çempionatda nəticə qazanaq. Ola bilsin ki, sabah bəzi futbolçulara istirahət verdik.

Zazulyadan başqa daha iki hücumçumuz da var. Onların hər birindən istifadə edə bilərik. Bütün bu məslələrə bugünkü məşqdən sonra aydınlıq gələcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43