Dünyadan

“Dnepr”in baş məşqçisi narahatdı: “Bərabərlik “Qarabağ”ı 1/8 finala yüksəldəcək”

“Futbolçular anlayırlar ki, “Sent-Etyen”lə oyunda xarakter göstərmək lazımdır. Necə oynacağımız başqa sualdır, ancaq qrupun son matçında yaxşı çıxış etməliyik”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Dnepr”in baş məşqçisi Miron Markeviç Avropa Liqasının qrup mərhələsinin VI turunda qarşılaşacaqları “Sent-Etyen”lə oyunöncəsi klubun rəsmi saytına açıqlamasında deyib.

Çalışdırıcı fransızlarla oyunda qələbə qazanmağa çalışacaqlarını bildirib

“Sent-Etyen”in sabah heç-heçəyə oynayıb-oynamayacağını matç göstərəcək. İstənilən halda onlar da bizim kimi qələbə qazanmalıdırlar. Çünki Bakıda qeydə alınacaq bərabərlik “Qarabağ”ı 1/8 finala yüksəldəcək. “Sent-Etyen” Fransa Liqasının son turlarında qələbə qazanır. Hazırda yaxşı formadadırlar. Ümid edirəm ki, futbolçularım sabah (bu gün) özlərini yaxşı tərəfdən göstərəcəklər”.

Qeyd edək ki, “Dnepr” klubunun Avropa Liqasının 1/8 finalına yüksəlməsi üçün “Sent-Etyen”lə görüşdə qələbə qazanılmalı, “Qarabağ” isə “İnter”lə oyunda xal itirməlidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43