20 Sentyabr 2024
Ölkə futbolu

“Dnepr”in baş məşqçisi: “Qarabağ”ın qələbə qazandığını eşitmək xoş olmazdı”

“Qarabağ”ın qələbə qazandığını eşitmək xoş olmazdı. Çünki məqsədimiz “pley-off”a yüksəlmək idi”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Dnepr” klubunun baş məşqçisi Miron Markeviç deyib.

Ukraynalı mütəxəssis “Sent-Etyen”lə görüşdən sonra keçirilən mətbuat konfransında “Qarabağ”la heç-heçə oynayan “İnter”in futbolçularına təşəkkür edib: “Bakıda matçın 0:0 hesabı ilə başa çatdığı söyləndikdə, emosiyaların necə olduğunu özünüz təsəvvür edin. “Qarabağ”la oyun “İnter” üçün heç bir önəm daşımırdı. Lakin futbolçular xarakter göstərərək məğlub olmadılar. Buna görə “İnter”in futbolçularına təşəkkür edirəm”.

Qeyd edək ki, öz meydanında “Sent-Etyen”ə 1:0 hesabı ilə qalib gələn “Dnepr” klubu qrup ikincisi kimi 1/16 finala yüksəlib. “Qarabağ” evdə “İnter”lə 0:0 bərabərə qaldığı üçün qrup mərhələsini üçüncü pillədə başa vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43