Dünya futbolu

“Dnepr”in baş məşqçisi: “Qarabağ”ın uğurları çox uzaqda deyil”

“Qarabağ” adi komanda deyil. Biz ilk oyunla müqayisədə daha yaxşı oynadıq. “Qarabağ” Avroliqada yaxşı çıxış edir. Bizim üçün bu oyun çətin oldu. Ancaq rəqibi üstələdik”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Dnepr”in baş məşqçisi Miron Markeviç matçdan sonra mətbuat konfransında deyib:

Hər bir komanda azarkeşlərlə dolu stadionda daha yaxşı oynayır. Təəssüflər olsun ki, biz öz meydanımızda oynaya bilmirik. Dneprpetrovskidə daha yaxşı nəticələr qazanardıq.

Kiyevdə oyundan sonra bildirmişdim ki, uduzduq. Bu gün də deyirəm ki, qalib gəldik. Bizim daha bir neçə qol imkanımız oldu. Təsadüfi qələbə olmur.

Məncə, birinci təcrübəsizlik öz sözünü dedi. Ancaq komanda intizamlıdır. Yəqin ki, “Qarabağ”ın uğurları çox uzaqda deyil.

“Qarabağ” Bakıda oynasa da, 30 min azarkeşi dəstəyi var idi. Ancaq biz Kiyevdə oynayanda “Qarabağ” azarkeşi bizimkindən çox idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43