Dünya futbolu

“Dnepr”in futbolçusu: “Qarabağ” digər rəqiblərimizdən heç bir cəhətdən geri qalmır”

“Düşünə bilərsiniz ki, “Qarabağ” “Sent Etyen” və “İnter”dən güclü deyil. Ancaq mənim fikrimcə, “Qarabağ” digər rəqiblərimizdən heç bir cəhətdən geri qalmır. Bu komanda çox düzgün taktika ilə oynayır. Heyətində olan bir çox futbolçu milli komandada çıxış edir”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Dnepr” klubunun hücumçusu Nikola Kaliniç yerli mətbuata müsahibəsində  “Qarabağ”a uduzduqları oyun (0:1) haqqında danışarkən deyib:

“Qarabağ”ın “Sent Etyen”lə oyununu dəfələrlə izləmişdik. Həmin görüşdə rəqibə nisbətən daha çox qol imkanları yaratdılar. Bilirdik ki, “Qarabağ” adi komanda deyil. Bizimlə oyuna gəldikdə isə hesab açılana qədər bərabər səviyyəli mübarizə gedirdi. “Qarabağ” qol vurduqdan sonra isə müdafiəyə çəkildi və boş zonaları bağladı. Belə şəkildə müdafiə olunan komandaya qol vurmaq çox çətindir.

Çox təəssüf ki, ev oyunlarımızı doğma meydanda keçirə bilmirik. “Qarabağ”la oyunda stadiona təxminən 2 min azarkeş gəlmişdi. Onların yarısı isə “Qarabağ” tərəfdarı idi. Dneprpetrovskidə daha güclü azarkeş dəstəyi görürdük və yaxşı nəticələr qazanırıq.

Onu deyə bilərəm ki, “Qarabağ” çox səviyyəli komandadır. Buna əmin ola bilərsiniz”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43