Dünyadan

“Dnepr”in futbolçusu: “Qarabağ”la oyunlarımız asan olmayacaq”

Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ"ın rəqibi olan "Dnepr" klubunun futbolçusu Sergey Kravçenko klubun rəsmi saytına müsahibə verib.

İdmanxeber.com həmən müsahibəni təqdim edir:

– Bioqrafiyanda "Qarabağ"da çıxış etdiyin yazılıb…

– Həmin vaxtdan 9 il keçib. Komanda tamamilə dəyişib. Mən oynadığım heyətdən yalnız bir futbolçu qalıb. Hazırkı komandanın gücü haqda nəsə demək çətindir. Biz rəqibi hərtərəfli analiz etməmişik. Bunu bu gün və sabah edəcəyik.

– "Qarabağ"ın Azərbaycan futboluna xas oynadığını düşünürsən?

– Bilmirəm. Komandada əsas rolu braziliyalılar oynayırlar. Ümumiyyətlə, cənub ölkələrinin təmsilçiləri topla oynamağı sevirlər. Sıx oynamağı xoşlamırlar. Ancaq bu, təkcə Azərbaycan futboluna xas deyil.

– Şübhəsiz ki, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması onlar üçün uğurdur. İndi onlar təkcə evdə deyil, səfər oyunlarında da bu uğurun davamını gətirməyə çalışacaqlar…

– Əlbəttə. Mən onların "Sent-Etyen"lə Bakıdakı oyunlarını izlədim. Həmin görüşdə onların xeyli imkanları oldu. Əminəm ki, "Qarabağ"la oyunlarımız asan olmayacaq.

– Qafqaz təmsilçiləri evdə və səfər matçlarında fərqli oyun nümayiş etdirirlər. Bu nəzərə alınacaq?

– Bilmirəm. Bu suala sabah cavab verə bilərəm. Hazırda isə biz çətin oyuna və qələbəyə köklənmişik. Görək, necə alınacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43