FIFA Ukraynanın “Dnepr” klubunu növbəti dəfə sərt cəzalandırıb.
İdmanxeber.com-un məlumatına görə, ali futbol qurumu sabiq oyunuçusu Danilo Souzaya olan borcu üzündən Dnepropetrovsk təmsilçisinin 6 xalını silib. Bununla da hesabında cəmi 6 xal qalan komanda Ukrayna çempionatında turnir cədvəlinin sonuncu pilləsinə düşüb. Qeyd edək ki, FIFA İntizam Komitəsi daha əvvəl də sabiq baş məşqçisi Xuande Ramosa olan 1 milyon 350 min avro borcunu ödəmədiyi üçün “Dnepr”in hesabından 6 xal silinməsinə dair qərar qəbul edib. Maraq üçün onu da bildirək ki, Azərbayacan klublarından “Rəvan” da artıq neçənci dəfədi anoloji halla üzləşib.