Kateqoriyasız

Dodo “Qəbələ”ni gedişi ilə təhdid etdi: “Mənim istədiyimi verməsələr, gedəcəyəm

“Qəbələ”nin braziliyalı yarımmüdafiəçisi Dodo Yunanıstanın “Panatinaikos” klubuna keçəcəyi barədə xəbərlərə münasibət bildirib. 

İdmanxeber.com-un məlumatına görə, “sambaçı” bunları deyib:

“Son dövrlər bu barədə mənə tez-tez suallar verirlər. Mövsümün sonunda mənim “Qəbələ” ilə müqaviləmin müddəti başa çatacaq. Şübhəsiz ki, yeni müqavilə ilə bağlı söhbətimiz olacaq. Lakin klub mənim istədiyimi verməsə, gedəcəyəm. Yaxşı oyun sərgiləyən futbolçu indikindən daha çoxuna layiqdirsə, onu da almalıdır”.(azerisport.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43