Müsahibə

Dodo: “Uğursuz oyunlar seriyası “Qəbələ”yə yaraşmır” (MÜSAHİBƏ)

“Qəbələ”nin hücumçusu Dodo İdmanxeber.com-a müsahibə verib.

– “İnter”i məğlub etdiniz. Uzun müddətdən sonra əldə etdiyiniz qələbə barədə nə deyə bilərsən?

– Vacib qələbə qazandıq. 3 xala ehtiyacımız var idi və əldə etdik. Son turlar qələbə qazana bilmirdik. Bəzi oyunlarda yaxşı oyun sərgiləsək də, sərfəli nəticə qazana bilmirdik. “İnter”i məğlub etdik. Düşünürəm ki, bundan sonra hər şey yaxşı olacaq.

– Daha öncə qələbə qazanmağınıza nə mane olurdu?

– Bu məsələlər barəsində həm məşqçimiz, həm də klub rəhbərliyi ilə müzakirələr etmişik Bundan qabaq gördüyünüz komanda əsl “Qəbələ” deyildi. Biz Avroliqanın qrupunda çıxış etmiş, Azərbaycanın ən böyük klublarından biriyik. Uğursuz oyunlar seriyası “Qəbələ”yə yaraşmır.

– Öz oyunundan razı qaldın?

– İndi bu barədə nəsə deyə bilmərəm. Lakin hər zaman komandam üçün əlimdən gələni edirəm.

– Hava şəraitinin pis olması oyununuza təsir etdi?

– Hava şəraiti həqiqətən də çox pis idi. Belə havada futbol oynamaq çətindi. Lakin biz Azərbaycanın ən güclü komandalarındanıq. Hər cür vəziyyətdə, hər bir rəqibə qarşı oynamağa hazır olmalıyıq.

– “İnter” üzərindəki qələbədən sonra “Qəbələ”nin problemləri həll olunacaq?

– Qalibiyyətin bizə kömək olacağını düşünürəm. Qarşıdakı oyunlara rahat hazırlaşacağıq. İndi həvəslə məşq etmək mümkün olacaq. Amma komanda uğursuz çıxış edəndə istədiyin kimi məşq edə bilmirsən, komandada əhval-ruhiyyə yaxşı olmur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Elxan Abdullayev: “Nizamiyə məsləhət bilərdim ki, az danışsın”

admin

Muarem Muarem: “Meydanda nömrələr oynamır” (MÜSAHİBƏ)

admin

“Futbolkanı səhv geyinməyim haqda danışsam, özümü “yandıra” bilərəm” (MÜSAHİBƏ)

admin