30 Noyabr 2021
  • Ana səhifə
  • İdman
  • Dominqes: “Azərbaycan bayrağını dalğalandırdığım üçün qürurluyam”
İdman

Dominqes: “Azərbaycan bayrağını dalğalandırdığım üçün qürurluyam”

Tokioda təşkil olunan 32-ci Yay Olimpiya Oyunlarının boks yarışında bürünc medal qazanan Azərbaycan yığmasının idmançısı Alfonso Dominqes Bakıya qayıdıb.

İdmanxeber.az xəbər verir ki, boksçunu Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Boks Federasiyasının əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri, Dominqesin yaxınları və bokssevərlər qarşılayıblar. Onlar mükafatçı üçün müxtəlif xoş şüarlar səsləndiriblər.

81 kq çəki dərəcəsində fəxri kürsüyə yüksələn Dominqes buna sevindiyini deyib. Onun sözlərinə görə, Avropa Oyunlarından sonra Yay Olimpiya Oyunlarında da medal qazanması xoş bir hissdir:

“Medal qazandığım üçün çox sevincliyəm. Tokioda məqsədim çempion olmaq idi. Yarışa da yaxşı başlamışdım. Olimpiadada debütdə dünya çempionatının ikincisi olan özbəkistanlı Dilşotbek Ruzmetovla qarşılaşdım. Kifayət qədər çətin alınan döyüşdə qələbə qazandım. Ardınca türkiyəli Bayram Malkanı da məğlub etdim. Yarımfinalda kubalı Arlen Lopezlə üz-üzə gəldim. Olimpiya və dünya çempionu ilə görüş də mənim üçün yaxşı başlamışdı. Lakin bunu sonadək davam etdirə bilmədim. Daha təcrübəli olan rəqib finala adladı. O, həlledici görüşdə mənim Avropa Oyunlarında məğlub etdiyim böyük britaniyalı Benjamin Uittakerə qalib gələrək növbəti dəfə Olimpiadanın qızıl medalçısı adına yiyələndi.

Tokio-2020-də mükafatçılar sırasına düşdüyüm və Yaponiya paytaxtında Azərbaycan bayrağını dalğalandırdığım üçün qürurluyam. Bununla kifayətlənməyəcəm. Əsas hədəfim növbəti yarışlarda da uğurlu çıxış edib, daha çox titul qazanmaqdır. İnanıram ki, bunu bacaracam”.

Azərbaycan millisinin baş məşqçisi Umberto Orta Dominqes isə boksçuların Olimpiadadakı çıxışından danışıb. Dominqesin üçüncü olmasını onun əzmkarlığı ilə əlaqələndirən mütəxəssis, digər boksçuların medalsız qalmasının səbəblərinin analiz ediləcəyini, səhvlərdən nəticə çıxarılacağını vurğulayıb.

Kişi boksçulardan ibarət Azərbaycan millisi Tokio-2020 Yay Olimpiya Oyunlarına 5 idmançı ilə yollanıb və yarışı 1 bürünc medalla bitirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Kəpəz”də 2 ciddi itki

admin

“İnter” “Fola” son dəqiqədə sevindi – YENİLƏNİB

admin

Dəniz Yılmaz oynadı, “Bursaspor” “Fənərbaxça” ilə bərabərə qaldı

admin