Kateqoriyasız

Donald Gerye Azərbaycan klubu ilə anlaşdı?

“Qarabağ”dan ayrıldıqdan sonra klubsuz qalan Donald Gerye yenidən Azərbaycana üz tutur.

İdmanxeber.az-ın məlumatına görə, haitili futbolçu “Neftçi”dən təklif alıb. Adı bir müddət öncə də paytaxt klubu ilə çəkilən və son anda maliyyə məsələlərində ortaq məxrəcə gələ bilməyən solaxay futbolçu bu dəfə “ağ-qaralar”ın təklifinə “okey” verib.

Geryenin Bakı təmsilçisi ilə 2 illik müqavilə imzalayacağı və sentyabrın 1-nə qədər komandanın düşərgəsinə qoşulacağı bildirilib. Gerye yeni müqavilə ilə aylıq 35 min dollardan çox məvacib qazanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43