Ölkə futbolu

Donald Gerye: “İstənilən mövqedə oynamağa hazıram”

Donald Gerye ölkə mətbuatına açıqlama

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ”ın haitili yarımmüdafiəçisi Donald Gerye ölkəsinin mətbuatına açıqlama verib. O, istənilən mövqedə oynamağa hazır olduğunu bildirib:

“Klubda və millidə istənilən mövqedə oynaya bilərəm. Bu, komandanın oyun üslubundan asılıdır. Baş məşqçi hansı mövqeyə qoysa, orada oynamağa, onun arzusunu yerinə yetirməyə çalışıram. Mən universal futbolçuyam. Müdafiə və yarımmüdafiənin cinahlarında, hətta hücumda da oynaya bilərəm”.

Qeyd edək ki, Gerye ilk vaxtlarda “Qarabağ”da hücumameylli yarımmüdafiəçi kimi çıxış etsə də, sonradan Qurban Qurbanov onu müdafiənin solunda – Ansi Aqollinin mövqeyində sınamağa başlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43