Kateqoriyasız

Donald Gerye “Neftçi”də – RƏSMİ

Donald Geryenin “Neftçi”yə keçidi rəsmiləşib.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, haitili yarımmüdafiəçi  ilə 1+1 il müddətinə müqavilə bağlanılıb.  30 yaşlı futbolçu “Neftçi”də 77 nömrəli formanı geyinəcək.

Sonuncu klubu “Qarabağ” (2017-2019) olan Gerye Haitinin “Violett” (2009-2011), “Amerika de Ke” (2011-2013), Polşanın “Visla” Krakov (2013-2016) və Türkiyənin “Alanyaspor” (2016-2017) komandalarında çıxış edib. Azərbaycan çempionatının qalibi (2018, 2019) olmuş futbolçu Haiti milli komandasının heyətində 44 oyun keçirib, 11 qola imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43