Dünya futbolu

Donnarouma “Milan”da qala bilər

Bir neçə gün əvvəl klubla yeni müqavilə imzalamayacağını bildirən Canluici Donnaruma fikrindən daşına bilər.

İdmanxeber.com-un məlumatına görə, “Milan”la 18 yaşlı qapıçı arasında danışıqlar yenidən bərpa olunub. Bu səbəbdən də Donnarummanın fikrini dəyişmək ehtimalı var. Hazırda “Milan” yeni qapıçı axtarışını da dayandırıb.

Qeyd edək ki, Donnarummanın hazırkı müqaviləsi 2018-ci ilin yayında bitir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43