Kateqoriyasız

Dördüncü transfer: Zaqataladan Sumqayıta

“Sumqayıt” növbəti transferini reallaşdırıb.

İdmanxeber.com-un məlumatına görə, Aqil Nəbiyev, Ruslan Poladov və Ramazan Abbasovla anlaşan “Sumqayıt” az öncə Tagim Novruzovun da keçidini həll edib.

Zaqatalanın “Simurq” klubundan ayrılan yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43