Ölkə futbolu

Dorinel Munteanu: “Araz Naxçıvan”ın itirəcəyi bir şey yoxdur”

Topaz Premyer Liqasının 10-cu turunda keçirilən oyunda “Qəbələ” səfərdə “Araz Naxçıvan”ı 1-0 hesabı ilə məğlub etdi.

İdmanxeber.com-un məlumatına görə, “Qəbələ”nin baş məşqçisi Dorinel Munteanu matçdan sonra bunları deyib:

“Mən bilirdim ki, oyun çətin keçəcək. “Araz Naxçıvan” çətin rəqibdir. Düşündüyümüz oldu. “Araz Naxçıvan”ın itirəcəyi bir şey yoxdur. Belə rəqiblər təhlükəli olur. Bütün bunlara baxmayaraq, biz 3 xal qazana bildik. Layiqli qələbə qazandıq.  Oyun həyəcanlı keçdi. Əgər biz əlimizə düşən imkanların daha bir neçəsindən yararlansaydıq,  oyunu sakit izləyə bilərdik”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43