Ölkə futbolu

Dorinel Munteanu: “Bu gün bəzi insanlar bizə mane oldu”

Topaz Premyer Liqasının VIII turunda “Qəbələ” səfərdə “Qarabağ”a 0-2 hesabı ilə uduzdu. Oyundan sonra açıqlama verən “Qəbələ”nin baş məşqçisi Dorinel Munteanu bunları deyib.

İdmanxeber.com “Qəbələ”nin baş məşqçisi Dorinel Munteanu fikirlərini təqdim edir:

“Komandam çox yaxşı oynadı. Təəssüf ki, bu gün bəzi insanlar bizə mane oldu. Bunu mütəxəssislər gördü. Sözsüz, bütün bunlar bəhanə ola bilməz. İstənilən halda, hadisələr bizim üçün siqnal rolunu oynadı. Növbəti dəfə bunları nəzərə almalıyıq. Etiraf edim ki, müdafiədə xırda səhvlər oldu. Amma ümumi götürsək yaxşı oynadıq. “Qarabağ”la oyunu komanda ilə birgə təhlil edəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43