Dünyadan

“Dortmund” 20 yaşlı futbolçu üçün geri çevrilməyəcək təklif edib

“Borussiya Dortmund” klubu, “Borussiya Münhenqladbax”ın gənc yarımmüdafiəçisi Mahmud Dahudu transfer etmək niyyətindədir.

İdmanxeber.com-un məlumatına görə, futbolçu üçün Dortmund təmsilçisi qış transfer pəncərəsində 15 milyon avro və Nuri Şahini “Münhenqladbax”a verməyə hazırdırlar.

Qeyd edək ki, Almaniya U-21 millisinin də üzvü olan əslən suriyalı 20 yaşlı Mahmud Dahudla “Liverpul”un da yaxından maraqlandığı və bu transfer üçün 26 milyon avro təklif edə biləcəyi bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43