Dünya futbolu

Dortmund “Borussiya”sı baş məşqçisini qovdu

Almaniyanın “Borussiya” klubu baş məşqçisi Tomas Tuxellə yollarını ayırıb.

Klubla müqaviləsi gələn ilin yayında başa çatacaq mütəxəssisin müqaviləsinə xitam verilib. Dortmund təmsilçisi müqaviləyə vaxtından əvvəl xitam verdiyi üçün 43 yaşlı çalışdırıcıya 3 milyon avro təzminat ödəyəcək.

Tüxel Almaniya mətbuatına verdiyi açıqlamada klubdan göndərilməsinə belə münasibət bildirib: “Dortmundda iki möhtəşəm mövsüm keçirdim. Azarkeşlərə, klub rəhbərliyinə, bizi dəstəkləyən hər kəsə təşəkkür edirəm. “Borussiya”ya gələcəkdə uğurlar arzu edirəm”.

Dortmund klubunun yeni baş məşqçisinin “Nitsa”da çalışan Lusian Favre olacağı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43