Kikboksçu Tulin Ələkbərova sevgilisi tərəfindən ölümcül döyülüb.
İdmanxeber.az-ın məlumatına görə, o, bu barədə “instagram” səhifəsindən paylaşım edib. Ələkbərova hadisə barədə bunları yazıb:
“Dekabrın 27-də Sübhanı (sevgilisi) mənə xəyanət etdiyi barədə danışmağa çağırdım. Mənimlə küçədə – yaxınlıqda tikintisi davam edən binada görüşdü. Əvvəlcə sözlü mübahisə etdik. Etdikləri barədə açıqlama verə bilməyəndə dayana bilməyib ona şillə vurmaq istədim. O isə geri çəkildə və mənə təpik atdı. Daha sonra yerə yıxıldım və başım betona dəydi. Yerdə çarəsiz vəziyyətdə özümü müdafiə etməkdən başqa əlacım yox idi.
İdmançı olduğum üçün məndən niyə qarşılıq vermədiyim barədə soruşurlar. Cavabım budur ki, insan necə ən güvəndiyi birisini ölümcül döyə bilər? O an hər şey gücüm çatmayacaq dərəcədə çox ani oldu. Bütün bunları Sübhan edirmi deyə düşünürdüm, şok vəziyyətində idim. Bir ordu ilə döyüşəcək gücüm olsa da, sevdiyim adama gücüm çatmadı”.