Dünya futbolu

Droqba futboldan getdi

Fil Dişi Sahilinin əfsanəvi futbolçularından olan Didye Droqba karyerası ilə bağlı önəmli qərar qəbul edib.

40 yaşlı hücumçu MLS-in aşağı liqası hesab olunan USL-də iştirak edən, sahibi olduğu və eyni zamanda formasını geyindiyi “Foneks Risinq”in “Louisville Siti”yə 0:1 hesabı ilə məğlub olduğu liqa finalı matçından sonra karyerasını bitirib.

Qeyd edək ki, klub karyerası ərzində 685 oyuna çıxan Fil Dişi Sahili millisinin keçmiş üzvü bu oyunlarda 300 qol vurub, 114 məhsuldar ötürmə edib. 40 yaşlı Droqba milli komandanın heyətində 105 oyunda 65 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43