Dünyadan

Droqba “Qalatasaray”ın yeni müqaviləsini rədd etdi

"Qalatasaray"da Dide Droqba müəmması davam edir.

İdmanxeber.com-un məlumatına görə, "Cim-Bom" ulduz futbolçuya bir illik yeni müqavilə təklis etsə də, Droqba buna "yox" deyib. 

Forvard müqavilənin azı iki illik olmasını tələb edir. Bundan əlavə illik gəlirinin 3 milyon avrodan aşağı olmamasını da rəhbərliyə bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43