24 Yanvar 2022
Dünya futbolu

Droqba qolunu ona həsr etdi

Türkiyə Superliqasının sonuncu turunda “Qalatasaray” doğma azarkeşlər önündə “Torku Konyaspor”u 2:1 hesabı ilə məğlub edib.

Ev sahibi komandanın futbolçusu Droqba birinci hissənin sonunda vurduğu qolu komanda yoldaşına həsr edib.

Belə ki, oyunun gedişatında kobud səhvləri ilə yaddan qalan “Cim-Bom”un uruqvaylı qolkiperi Fernando Muslera komanda yoldaşının ona verdiyi ötürmədən sonra kobud səhvə yol verib. Qapıçının bu səhvini bağışlamayan “Torku Konyaspor” hesabda 1:0 önə keçib.

İlk hissənin artırma dəqiqələrində qol vuran Droqba hesabı bərabərləşdirib 1:1. Vurduğu qoldan sonra komanda yoldaşı Musleranın yanına gedən ulduz futbolçu ona dəstək olub və birlikdə soyunub-geyinmə otağına yollanıblar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

TV AFİŞA: Hansı oyun, hansı kanalda ?

admin

Paşayevin komandası “Vorskla”nı məğlub edib

admin

“Napoli” 2 qolla qalib gəldi – VİDEO

admin